Avropa çempionu karyerasını başa vurub
Portuqaliya millisinin və "Mançester Yunayted"in sabiq futbolçusu Luiş Nani karyerasını başa vurub.
Sportlife.az xəbər verir ki, o, bu barədə öz şəxsi sosial media hesabından açıqlama verib.
38 yaşlı futbolçu karyerasının böyük hissəsini "qırmızı şeytanlar"da keçirib. O, həmçinin yetirməsi olduğu "Sportinq", "Fənərbağça", "Valensiya" və "Latsio" kimi klublarda da çıxış edib.
Portuqaliya millisi ilə 2016-cı ildə Avropa çempionu olan Nani yığmada 112 oyun keçirib və 24 qol vurub..