
Bu gün Azərbaycan millisi Avro-2024-ün seçmə mərhələsində son oyuna çıxacaq.
Sportlife.az xəbər verir ki, Canni De Byazinin komandası 10-cu turda səfərdə Belçika ilə qarşılaşacaq. Brüsseldəki "Kinq Baudouin” stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Qeyd edək ki, Belçika artıq Avro-2024-ün seçmə mərhələsinə vəsiqəni təmin edib. Komanda F qrupunda 17 xalla 2-cidir. Azərbaycan yığması isə 7 xalla 4-cü sıradadır.
Avro-2024, seçmə mərhələ, 10-cu tur
19 noyabr
21:00 Belçika - Azərbaycan
Baş hakim: Georg Boqar (Macarıstan)
Brüssel. "Kinq Baudouin”