Baş məşqçidən Mbappeyə tərif
“Matça parlaq başladıq, hücuma keçdik, lakin “Barselona” Yamalın möhtəşəm oyunu sayəsində bizə qol vurdu. Sonra rəqib 10 nəfərlə qaldı. Amma düşünürəm ki, oyun ərzində çox yaxşı idik. Bu hazır komanda gördüm. Komandamız irəliyə doğru addım atıb”.
Sportlife.az xəbər verir ki, bu sözləri PSJ-nin baş məşqçisi Luis Enrike Çempionlar Liqasının 1/4 finalında "Barselona"ya 4:1 hesabı ilə qalib gələrək yarımfinala yüksəldikləri cavab oyunundan sonra deyib.