Benzia Fransa klublarından imtina etdi

  • 2 Aprel 2024, 19:05

"Qarabağ"ın futbolçusu Yassin Benzia Fransanın Liqa 2 təmsilçilərindən təkliflər alıb.

Sportlife.az “RMC Sport”a istinadən xəbər verir ki, bu barədə Əlcəzair millisinin üzvü özü məlumat verib. O, "Qarabağ"da xoşbəxt olduğunu və hələlik bu təkliflərə hazır olmadığını bildirib:

"Fransadan - Liqa 2 klublarından təkliflərim oldu. Amma özümü o səviyyədə görmədim. Mövsümü əla keçirirəm, xoşbəxtəm. Bu mövsüm 40-dan çox oyunda meydana çıxmışam, Avropa Liqasında mübarizə aparmışam. Hazırda işlər istədiyimiz kimi davam edir".

Qeyd edək ki, 29 yaşlı yarımmdafiəçi  2023-cü ilin yanvarından "Qarabağ"da çıxış edir. O, bu mövsüm Ağdam klubunda ümumilikdə 41 oyuna 13 qol vurub, 10 qol ötürməsi edib.


Paylaş: