
"Beşiktaş"ı "Hatayspor"a dəyişir
Vensan Abubakar "Beşiktaş"dan ayrılmağı qəbul edib.
Sportlife.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, kamerunlu forvard "Hatayspor"a üz tutacaq. O, 2024-25 mövsümünü icarə əsasında burada keçirdəcək.
"Beşiktaş" Türkiyədəki "transfer pəncərəsi"nin son gününə qədər Daniel Amarti və Jan Onana ilə də yolları ayırmağı düşünür. Bu ayrılıqlar baş tutsa, "qara-qartal" bir transfer daha etməyi planlaşdırır.