Flik bəzi futbolçulara istirahət verib

  • 31 Oktyabr 2025, 14:32

"Barselona” rəhbərliyi komanda daxilində yeni zədələrin qarşısını almaq üçün ciddi tədbirlər görür.

Baş məşqçi Hans-Diter Flik hər bir futbolçu üçün fərdi məşq və bərpa planı hazırlayıb. Bu plan oyunçuların fiziki yüklənməsini və bədən xüsusiyyətlərini nəzərə alır.

Sportlife.az xəbər verir ki, bu həftə əlavə istirahət günü alan futbolçular Markus Reşford, Jül Kunde, Frenki de Yonq və Pau Kubarsidir. Məhz bu oyunçular son matçlarda “Barselona”nın heyətində ən çox meydanda olanlardandır.

“Barselona” son matçında “el klasiko”da “Real”a 1:2 hesabı ilə uduzmuşdu. Flikin komandası növbəti oyununu noyabrın 2-də, evdə “Elçe”yə qarşı keçirəcək.


Paylaş: