Futbolçumuz səfərdən əliboş qayıtdı

  • 15 Aprel 2024, 17:55

Cənubi Koreya çempionatında 7-ci turun oyunları keçirilib.

Sportlife.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyukun çıxış etdiyi “Daejeon” səfərdə “Suvon”la qarşılaşıb və 0:1 hesabıyla məğlub olub.

Anton da bu görüşün iştirakçısı olub.  Start heyətdə oyuna çıxan futbolçu sona qədər meydanda olub.

Bu nəticədən sonra “Daejeon” 5 xalla sonuncu pillədə qərarlaşıb.


Paylaş: