Luçesku qovuldu
Rumıniyalı baş məşqçi Mirça Luçesku Sankt-Peterburqun "Zenit" klubundakı vəzifəsindən uzaqlaşdırılıb.
Sportlife.az xəbər verir ki, klubun rəsmi saytında Mirça Luçesku ilə müqaviləyə xitam verildiyi bildirilib. "Zenit"lə ötən ilin mayında iki illik müqavilə imzalayan məşhur məşqçi komandaya Rusiya Premyer Liqasının bürunc medalları qazandırıb.
Xatırladaq ki, Mirça Luçesku "İnter" (Milan), "Qalatasaray", "Beşiktaş" və "Şaxtyor" (Donetsk) kimi klubları çalışdırıb.