
"Lunyovun dirçəlişi" deyə bilmərəm, çünki külə çevrilməmişdim"
“Qarabağ”ın və Rusiya millisinin qapıçısı Andrey Lunyov karyerasının çətin dövründən danışıb.
Sportlife.az xəbər verir ki, qolkiper bu barədə SE-yə müsahibəsində deyib.
“Andrey Lunyov indi necədir? “Lunyovun dirçəlişi” deyə bilmərəm, çünki külə çevrilməmişdim. Bəli, müəyyən dövr var idi, amma bu olur. Zədələr dövrü var idi və rəqabətin daha güclü olması - "Bayer"də belə idi. İndi də avrokuboklarda iştirak edən “Qarabağ”da oynamaq variantı var. Mən də oynamağa çalışıram!” - deyə Lunyov bildirib.