"Mançester Siti" futbolçusunu icarəyə verir

  • 15 Avqust 2024, 16:04

"Mançester Siti" futbolçusu Kalvin Filipsi "İpsviç"ə keçir.

Sportlife.az insayder Fabritsio Romanoya istinadən xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi mövsümün sonuna qədər icarə əsasında Premyer Liqanın yeni klubunda çıxış edəcək.

"Mavilər" Filipsi 2022-ci ilin yayında 49 milyon avroya "Lids"dən transfer edib. O, İngiltərə millisində 31 oyuna çıxıb və 1 qol vurub.


Paylaş: