Millilərimizin rəqibi hansı komandalar ola bilər ?

Millilərimizin rəqibi hansı komandalar ola bilər ?

  • 5 Dekabr 2017, 18:25

Sabah 17 və 19 yaşadək futbolçular arasında keçiriləcək Avropa birinciliyinin 2018/19 mövsümünün püşkatma mərasimi baş tutacaq. Sportlife.az saytının məlumatına görə, hər iki püşk İsveçrənin Nyon şəhərində atılacaq.

17 yaşadək futbolçular arasında Avropa çempionatının püşkü Bakı vaxtı ilə saat 12:00-da başlayacaq. Seçmə mərhələdə 52 yığma 13 qrupa bölünəcək.

Artıq bu komandalar reytinqinə görə 4 səbətə ayrılıb. Rəqiblərini sabah tanıyacaq Azərbaycan U-17 yığması gücünə görə 3-cü olan C səbətində qərarlaşıb.

A: İspaniya, Hollandiya, Portuqaliya, Fransa, Şotlandiya, İtaliya, Rusiya, Belçika, Avstriya, Türkiyə, Serbiya, Bosniya və Herseqovina, Çexiya

B: Polşa, Xorvatiya, İsveç, Ukrayna, Yunanıstan, İsveçrə, İsrail, Slovenyia, Slovakiya, Macarıstan, Norveç, Uels, Danimarka

C: İslandiya, Gürcüstan, Azərbaycan, Belarus, Rumaniya, Kipr, Finlandiya, Bolqarıstan, Latviya, Farer adaları, Şimali İrlandiya, Monteneqro, Ermənistan

D: Albaniya, Makedoniya, Estoniya, Malta, Litva, Moldova, Lüksemburq, Qazaxıstan, Lixtenşteyn, San Marino, Cəbəllütariq, Andorra, Kosovo

Bu mərhələ 2018-ci il noyabrın 20-dək başa çatacaq. 13 qrupun hərəsindən iki ən yaxşı komanda, həmçinin üçüncü yer sahiblərindən daha yüksək nəticəyə malik 4 yığma elit-raunda vəsiqə əldə edəcək. İngiltərə və Almaniya isə birbaşa həmin mərhələdən yarışa qatılacaq. U-17-lərin yarışında final mərhələsi İrlandiyada baş tutacaq.

Bakı vaxtı ilə saat 13:00-da U-19-ların qitə çempionatının püşkü atılacaq. Portuqaliya və Almaniya yarışa elit-raunddan başladığından ilkin seçmə mərhələdən azaddı. Final mərhələsi Ermənistanda keçiriləcək yarışa vəsiqələr uğrunda mübarizəyə isə 52 komanda başlayacaq.

Azərbaycan millisi də bu yığmalar arasında yer alıb. Bu raundda oynayacaq komandalar reytinqinə görə indidən 4 səbətə ayrılıb. U-19 yığmamız gücünə görə 3-cü olan C səbətində qərarlaşıb.

A: İngiltərə, Avstriya, Fransa, Hollandiya, İspaniya, Ukrayna, Çexiya, Serbiya, Rusiya, İtaliya, Yunanıstan, İsveç, Gürcüstan

B: Xorvatiya, İsrail, Belçika, Türkiyə, Bolqarıstan, Slovakiya, İrlandiya, Macarıstan, Şotlandiya, İsveçrə, Danimarka, Polşa, Monteneqro

C: Norveç, Bosniya və Herseqovina, Uels, Sloveniya, Rumıniya, Kipr, Litva, Finlandiya, Şimali İrlandiya, İslandiya, Azərbaycan, Belarus, Makedoniya

D: Latviya, Albaniya, Lüksemburq, Estoniya, Malta, Andorra, Farer adaları, Moldova, Lixtenşteyn, Cəbəllütariq, Qazaxıstan, San Marino, Kosovo

Bu mərhələ 2018-ci il noyabrın 20-dək başa çatacaq. 13 qrupun hərəsindən iki ən yaxşı komanda elit-raunda vəsiqə əldə edəcək.


Paylaş: