Millimizin rəqibi San Marino ilə qarşılaşacaq

  • 17 Aprel 2024, 15:48

Millətlər Liqasında Azərbaycan millisinin rəqibi olan Slovakiya yığması iki yoldaşlıq oyunu keçirəcək.

Sportlife.az xəbər verir ki, bu barədə yerli federasiyanın rəsmi saytı məlumat yayıb.

Komanda Avro-2024-dən əvvəl - iyunun 5-də Avstriyada San Marinonu ilə, iyunun 9-da isə öz meydanında Uelslə qarşılaşacaq.

Qeyd edək ki, Slovakiya Millətlər Liqası çərçivəsində Azərbaycan millisi ilə sentyabrın 8-də evdə, oktyabrın 14-də isə səfərdə üz-üzə gələcək.


Paylaş: