Nazim Sadıqovun rəqibi müəyyənləşdi

  • Dünən, 16:00

UFC-də yüngül çəkidə döyüşən azərbaycanlı Nazim Sadıqovun növbəti rəqibi müəyyənləşib.

Sportlife.az xəbər verir ki, 32 yaşlı döyüşçünün yeni rəqibi amerikalı Markel Mederos olacaq. 

UFC 327 çərçivəsində keçiriləcək görüş aprelin 11-də Mayamidə baş tutacaq.

Nazimin son döyüşü ötən ilin dekabrın 6-da fransız Fares Ziamaya qarşı olmuşdu.

Sadıqov həmin matçı uduzmuşdu. 


Paylaş: