Nəcəfov karyerasını hansı klubda davam etdirəcək?

  • 7 İyun 2024, 10:25

Xəyal Nəcəfov "Turan Tovuz"da qalmağa yaxındır.

Sportlife.az saytına verilən məlumata görə, Qərb klubu futbolçuya yeni müqavilə təklif edib. Tərəflər demək olar ki, sözləşmə şərtlərində razılığa gəliblər.

Açıq qalan məsələ Nəcəfovun müqavilə ilə məxsus olduğu "Neftçi"nin verəcəyi qərardır. Paytaxt klubunun rəsmiləri hər iki tərəfə yeni baş məşqçinin təyinatını gözlədiklərini bildirib.


Paylaş: