
"Neftçi" almaniyalı müdafiəçi transfer etdi
"Neftçi" yeni mövsüm öncəsi növbəti transferini reallaşdırıb.
Sportlife.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "ağ-qaralar" almaniyalı müdafiəçi Robert Baueri transfer edib. 29 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb.
Bauer daha öncə "Verder" və "Nürnberq" kimi Bundesliqa klublarında çıxış edib. O, yeni klubunda 23 nömrəli formanı geyinəcək.