Neymar heyətdən kənarlaşdırıldı

  • Bu gün, 13:53

Braziliya millisinin üzvü Neymar zədə səbəbindən komandanın heyətindən kənarlaşdırılıb.

Sportlife.az xəbər verir ki, 33 yaşlı hücumçu ölkəsində çıxış etdiyi "Santos" klubunun heyətində zədə alıb. Bununla da Neymar bir il yarım aradan sonra dəvət aldığı millidən uzaq qalıb.

Qeyd edək ki, Braziliya millisi 2026-cı il dünya çempionatının seçmə mərhələsinin oyunlarında martın 21-də evdə Kolumbiya, 5 gün sonra isə səfərdə Argentina ilə qarşılaşacaq.


Paylaş: