Premyer Liqada komanda sayı artırılacaq? - Açıqlama
Azərbaycan Premyer Liqasında sonuncu yeri tutan komandanın elitada qalması və ya ölkə çempionatında komanda sayının artırılması müzakirə mövzusudur.
Sportlife.az xəbər verir ki, AFFA-nın yeni prezidenti Rövşən Nəcəf bununla bağlı açıqlama verib. O bildirib ki, Premyer Liqanın formatı ilə bağlı müzakirələr aparılacaq:
"İcraiyyə Komitəsində qərarları bütün üzvlərlə birlikdə müzakirə edərək qəbul edəcəyik. Bugünkü iclas qarşıya qoyulan, qısa müddətdə verilən qərarlarla bağlıdır. Müzakirə olunacaq məsələlərdən biri də çempionatın formatı və klub sayına yenidən baxılması olacaq. Hansısa qərar yoxdur. Buna zaman olmayıb. Bu, təhlil tələb edir. İK-nin bütün qərarları təhlilə əsaslanaraq qəbul olunacaq. Hansısa qərarı verəcək, digər ölkələrdəki təcrübəni də nəzərə alacağıq. Nəyə fikir vermək lazımdır, nə işləyir, nə işləmir, bunları təhlil edib qərar verəcəyik. Bəzi hədəflərə qısa müddətdə nail olmaq çətindir. Bəzi qərarlar isə qısa müddətdə qəbul oluna bilər. Premyer Liqanın formatı ilə bağlı təhlil aparacağıq".