
"Qarabağ" rəsmisi: "2 şirkətlə sponsorluq müqaviləsi bağlanacaq"
"Hazırda bir çox şirkətlə danışıq aparırıq. 4-5 şirkətdən bizə ciddi maraq var" .
Bu barədə Sportlife.az saytına klubun “Qarabağ” Futbol Klubunun PR və Marketinq şöbəsinin rəhbəri Yusif Cəfərov məlumat verib. O, daha sonra belə davam edib:
"Qarabağ"ın uğurlarını nəzərə alaraq, bizimlə əməkdaşlıq etmək istəyirlər. Ancaq dəqiq deyim ki, 2 şirkətlə sponsorluq müqaviləsi bağlanacaq. Hazırkı tərəfdaşımızla da yaxşı şərtlərlə sözləşmə yeniləyəcəyik. Hazırda məsələ ilə bağlı bunu deyə bilərəm ki, gələn ayın əvvəlinə qədər bütün müqavilələri bağlayacağıq".