
"Qarabağ"a keçidi baş tutmadı
Türkiyənin “Konyaspor” klubu hücumçusu Blaj Kramer barədə qərarını verib.
Sportlife.az yerli mətbuata istinadən xəbər verir ki, “Qarabağ” da daxil olmaqla bir neçə klubun maraq dairəsində olan futbolçu Superliqa təmsilçisini tərk etməyəcək.
Belə ki, Konya klubunun məşqçilər korpusu Kramerin də yer aldığı hücum xəttində dəyişikliyə ehtiyac duymur. Bu səbəbdən rəhbərlik Sloveniya millisinin üzvünü heç bir kluba satmamaq qərarına gəlib.
Qeyd edək ki, Blaj Kramerin “Konyaspor”la müqavilə müddəti 2027-ci ilin yayıına qədərdir.