
"Qriqorçuk böyük məşqçi deyil"
Ukrayna millisinin sabiq baş məşqçisi Yozef Sabo “Qəbələ”nin və “Neftçi”nin keçmiş çalışdırıcısı Roman Qriqorçuk barədə maraqlı fikirlər səsləndirib.
Sportlife.az xəbər verir ki, Sabo hazırda ölkəsində LNZ klubuna rəhbərlik edən həmyerlisini güclü mütəxəssis hesab etmir.
Onun fikrincə, Premyer Liqa təmsilçisində əsas problem məşqçi korpusundadır: “LNZ-nin heyətində indikindən daha yaxşı çıxış edəcək səviyyədə futbolçular var. Sadəcə, onları bir araya toparlamaq və düzgün taktika tətbiq etmək lazımdır. Ancaq biz orada bu baxımdan çox sayda səhvlər görürük. Bəs məşqçi korpusu nə işlə məşğuldur. Qriqorçuk gələn kimi komandanı gücləndirəcək qədər böyük məşqçi deyil”.
Qeyd edək ki, LNZ Ukrayna çempionatında sona bir tur qalmış 30 xalla 11-ci pillədə qərarlaşır.