Süle “Borussiya”dan ayrılır

  • 31 Oktyabr 2025, 13:18

Dortmund “Borussiya”sının müdafiəçisi Niklas Süle mövsümün sonunda komandadan ayrıla bilər.

Sportlife.az xəbər verir ki, “arılar” 30 yaşlı futbolçu ilə müqaviləni yeniləməyi planlaşdırmırlar.

Əsas səbəblərdən biri Sülenin yaşı və sabit olmayan oyun formasıdır. Onunla Bundesliqa (Almaniya) və A Seriyası (İtaliya) klubları maraqlanır.

Almaniyalı futbolçu 2022-ci ildən “Borussiya”da çıxış edir. O, cari mövsümdə yalnız 3 oyunda iştirak edib. Onun klubla müqaviləsinin müddəti gələn ilin yayında başa çatacaq.


Paylaş: