Ten Haq yenidən İngiltərəyə qayıda bilər
"Mançester Yunayted”in sabiq baş məşqçisi Erik ten Haq yenidən İngiltərə Premyer Liqasında işləyə bilər.
Sportlife.az xəbər verir ki, “Vulverhempton” mövsümə uğursuz startdan sonra baş məşqçi Vitor Pereyranı istefaya göndərməyi planlaşdırır.
Klub cəmi bir ay əvvəl Pereyra ilə müqavilənin müddətini 2028-ci ilə qədər uzatmışdı. Buna baxmayaraq, “canavarlar” artıq Ten Haqla mümkün əməkdaşlıq barədə ilkin təmas qurublar.
“Vulverhempton” hazırda Premyer Liqanın turnir cədvəlində sonuncu pillədə qərarlaşıb. Komanda 9 turdan sonra cəmi 2 xal toplayıb. Bundan əlavə, komanda Liqa kubokunda da uğursuzluğa düçar olub və doğma meydanda “Çelsi”yə 3:4 hesabı ilə məğlub olaraq, turnirdən kənar qalıb.