
"Turan Tovuz"dan Qırğızıstan klubuna
Azərbaycanlı futbolçu Orxan Əliyev karyerasını Qırğızıstanda davam etdirəcək.
Sportlife.az xəbər verir ki, 30 yaşlı hücumçu "Uzgen"lə müqavilə imzalayıb.
O, 2025/2026 mövsümündə bu komandanın şərəfini qoruyacaq.
Qeyd edək ki, Əliyev son mövsümü “Turan Tovuz”da keçirib.