Türkiyə nəhəngləri Silvanı istəyir
"Mançester Siti"nin futbolçusu Bernardo Silvaya Türkiyədən daha bir təklif gəlib.
Sportlife.az "A Bola"ya istinadən xəbər verir ki, "Qalatasaray"dan sonra "Fənərbaxça" da 31 yaşlı yarımmüdafiəçi üçün hərəkətə keçib.
"Şəhərlilər"lə müqavilə müddəti mövsümün sonunda başa çatacaq Bernardo hələ ki qərarını verməyib.
"Qalatasaray" da ona 2 illik müqavilə təklif edib. Silva mövsüm bitdikdən sonra yekun qərarını verəcək.
Portuqaliyalı “Benfika”, “Monako” klublarında çıxış edib.