Türkiyəli futbolçu üsyan etdi

  • 17 Aprel 2024, 15:02

"Barselona"nın yarımmüdafiəçisi İlkay Gündoğan Çempionlar Liqasının 1/4 finalında PSJ-yə uduzduqları (1:4) cavab oyunu haqda danışıb.

Sporrlife.az xəbər verir ki, futbolçu matçın baş hakimi İstvan Kovaçın qərarlarından narazı qaldığını bildirib.

Oyunun 64-cü dəqiqəsində İlkay Gündoğan rəqib futbolçu Vitinya ilə təmasdan sonra cərimə meydançasında yıxılıb. Hakim isə "Barselona"nın yarımmüdafiəçisinə simulyasiyaya görə sarı vərəqə göstərib. İ.Gündoğan hakimin səhv qərar verdiyini və həmin epizodda penalti təyin etməyinin lazım gəldiyini söyləyib: 

“Məncə, penalti olmalı idi. Mənim üçün hər şey son dərəcə aydındır”.

Qeyd edək ki, 1/4 finalın ilk oyununda PSJ "Barselona"ya 2:3 hesabı ilə uduzmuşdu. Lakin Paris təmsilçisi ötən gün Kataloniya komandasını 4:1 hesabı ilə məğlub edib və yarımfinala adlayıb.


Paylaş: