5 gimnastımız Çexiyada beynəlxalq turnirdə iştirak edəcək

  • 16 Aprel 2024, 12:53

Çexiyanın paytaxtı Praqada keçiriləcək aerobika gimnastikası üzrə “Czehc Aerobic Open” adlı beynəlxalq turnirdə iştirak edəcək gənclərdən ibarət Azərbaycan millisinin heyəti açıqlanıb.

Sportlife.az Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, yarışda ölkəmizi 5 gimnast təmsil edəcək.

Fidan İbrahimova, Leyla Əhmədova, Evelina Kozlovskaya üçlük və qrup, Məryəm Topçubaşova ilə Sara Əlixanlı isə fərdi və qrup proqramında qüvvələrini sınayacaqlar. Məşqçi Emil Quliyev və hakim Tünzalə Daşdəmirova da yarışda Azərbaycanı təmsil edəcəklər.

Qeyd edək ki, beynəlxalq turnir 18-21 aprel tarixlərində baş tutacaq.


Paylaş: