
Azərbaycanlı bəddi gimnastlar beynəlxalq turnirdə 11 qızıl medal qazandı
Noyabrın 19-20-də Gürcüstanın Tbilisi şəhərində “II New Look Cup” beynəlxalq turniri keçirilib.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, “Ocaq Sport” klubunun bədii gimnastları 11 qızıl, 9 gümüş, 5 bürünc medal qazanıblar. Gülnar Rəsulzadə, Sara Atakişiyeva və Fatimə Tarverdiyeva hərəsi 3 dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Bundan başqa, Aylin Yusifli 1 qızıl, 3 gümüş, Güllüzar Şərifova 1 qızıl, 1 gümüş və 1 bürünc, Leyla Əliyeva 2 gümüş, Xəzra Qasımlı, Nərgiz Əliyeva hərəyə 1 gümüş, 1 bürünc, Fatimə Zeynalova və Salma İsmayılova gümüş, Leyla Nemakinа isə bürünc medal qazanıblar.