Millimiz komanda hesabında birinci olub

  • 8 İyul 2024, 10:39

Azərbaycanın sərbəst güləş üzrə millisi Serbiyanın Novi Sad şəhərində keçirilən 20 yaşlıların Avropa çempionatında birinci olub.

Sportlife.az xəbər verir ki, bir qızıl, dörd gümüş və bir bürünc medal qazanan millimiz 132 xal toplayaraq növbəti dəfə komanda hesabında Avropa çempionu olub. Türkiyə (125) ikinci, Gürcüstan (99) isə üçüncü yeri tutub. Xatırladaq ki, millinin heyətində Xetaq Karsanov (97 kiloqram ) qızıl, Vasif Bağırov (57 kiloqram), Camal Abbasov (61 kiloqram), Sadiq Mustafazadə (86 kiloqram) və Anar Cəfərli (92 kiloqram) gümüş, Yusif Dursunov (125 kiloqram) isə bürünc medal qazanıb.


Paylaş: