Millimizin üzvünün müqaviləsi uzadıldı

  • 10 Dekabr 2024, 13:19

“Tedjon Xana Sitizen” klubu millimizin üzvü Anton Krivotsyukla müqaviləni uzadıb.

Sportlife.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 26 yaşlı müdafiəçinin yeni sözləşməsi 2027-ci il dekabrın 31-dəkdir.

Qeyd edək ki, Krivotsyuk 2023-cü ilin fevralından Cənubi Koreya klubunda çıxış edir. O, bu mövsüm ümumilikdə 28 oyuna 2 qol vurub və 1 qol ötürməsi edib.


Paylaş: