Şafranko ayağı qırılan Marandiçini ziyarət etdi
"Sabah"ın futbolçusu Pavol Şafranko oyun zamanı ayağına xəsarət yetirdiyi "Turan Tovuz"un futbolçusu Denis Marandiçini xəstəxanada ziyarət edib.
Sportlife.az xəbər verir ki, Azərbaycan kubokunun 1/8 final mərhələsində keçirilən “Turan Tovuz” - “Sabah” oyunu zamanı sözügedən futbolçuların top uğrunda mübarizəsi zamanı Marandiçinin ayağı qırılıb.
Qeyd edək ki, Denis Marandiçi bir neçə gün əvvəl əməliyyat olunub. O, bir neçə ay meydanlardan uzaq qalacaq.