Azərbaycan çempionatında ən yaxşılar
Kişi həndbolçular arasında XXIX Azərbaycan çempionatında başa çatan mövsümün ən yaxşıları müəyyənləşib.
Sportlife.az xəbər verir ki, ölkə çempionu adına layiq görülən "İdman Akademiyası"nın 3 üzvü bu siyahıda yer alıb.
Rəqib qapılarından daha çox top keçirən Fəda Yusifov ən yaxşı bombardir olub. Komandanın digər üzvləri - Hüseyn Qafarov ən yaxşı qapıçı, Sabir Nəzərəliyev ən yaxşı oyunçu statusunu qazanıb.
"İdman Akademiyası"nın çalışdırıcısı, Əməkdar bədən tərbiyəsi və idman xadimi Vidadi Əliyev isə mövsümün ən yaxşı baş məşqçisi adına layiq görülüb.
Avropa Həndbol Federasiyasının deleqatı İsgəndər Əsgərov çempionatın ən yaxşı nümayəndəsi, Ələkbər Ağakişiyev - Ernest Ağakişi tandemi isə ən yaxşı hakimi olub.
Qeyd edək ki, "İdman Akademiyası" çempionatın qızıl, "Dinamo" gümüş, "Məhsul" isə bürünc medallarına sahib çıxıb.