
“Kür” cavab matçına çıxır
Kişi həndbolçulardan ibarət “Kür” komandası Avropa Kubokunun III mərhələsində bu gün İslandiya təmsilçisi “Haukar” ilə cavab matçına çıxacaq.
Sportlife.az xəbər verir ki, qarşılaşma Mingəçevirdə - “Kür” Olimpiya İdman-Tədris Mərkəzində təşkil olunacaq.
Matç saat 17:00-da start götürəcək.
Qeyd edək ki, ötən gün baş tutan ilk oyun İslandiya təmsilçisinin 30:25 hesablı qələbəsi ilə yekunlaşıb.