
Avropa Liqasının ən gənc qalibi
"Tottenhem"in hücumçusu Mayki Mur indiyə qədər UEFA Kubokunu və ya Avropa Liqasını qazanan ən gənc futbolçu olub.
Sportlife.az xəbər verir ki, ingiltərəli futbolçu bunu 17 yaş 283 günlüyündə bacarıb.
Onun komandası Avropa Liqasının finalında "Mançester Yunayted"i 1:0 hesabı ilə məğlub edərək 2008-ci ildən sonra ilk titulunu qazanıb. Beləliklə, London klubu növbəti mövsüm Çempionlar Liqasının Liqa mərhələsində oynamaq hüququ əldə edib.
Qeyd edək ki, Mur bu mövsüm Avropa Liqasında 5 matç keçirib, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.