
"Bavariya" Avropa çempionu ilə danışıqlara başladı
"Atletik"in yarımmüdafiəçisi Niko Uilyams "Bavariya"ya keçə bilər.
Sportlife.az xəbər verir ki, Münhen klubunun idman direktorları Maks Eberl və Kristof Froynd artıq 22 yaşlı futbolçunun nümayəndələri ilə danışıqlara başlayıb. Tərəflər arasında ilk görüş baş tutub.
Niko Almaniya çempionuna keçməkdə maraqlı olduğunu bildirib. Lakin o, qarşı tərəfdən 20 milyon avro maaş istəyib.
Bilbao təmsilçisi isə Uilyams üçün 60-65 milyon avro arasında təzminat tələb edir.
Qeyd edək ki, futbolçu ötən il İspaniya ilə Avropa çempionu olub.