"Lion"un hücumçusu Premyer Liqa yolunda

  • Bu gün, 10:00

"Lion"un hücumçusu Malik Fofana karyerasını İngiltərədə davam etdirə bilər.

Sportlife.az xəbər verir ki, 20 yaşlı futbolçu ilə "Liverpul" maraqlanır. Belçikalı oyunçu "Liverpul"u tərk edəcəyi gözlənilən Luis Diasın əvəzləyicisi kimi nəzərdən keçirilir.

Fofana bu mövsüm "Lion"da 41 oyun keçirib, 11 qol vurub və 6 məhsuldar ötürmə edib. Futbolçunun dəyəri 25 milyon avro qiymətləndirilir.


Paylaş: