
“Bircə çatışmayan “Barselona”dır”
"Əl-Hilal”ın baş məşqçisi Simone İnzaqi Klublararası dünya çempionatında iştirak etməyən “Barselona”ya görə təəssüflənir.
Sportlife.az xəbər verir ki, italiyalı mütəxəssis bunu deyib:
“Bütün böyük və elit klublar Klublararası dünya çempionatında oynayır. Bircə çatışmayan “Barselona”dır”.
“Əl-Hilal” “Red Bull”, “Paçuka” və “Real”la eyni qrupda çıxış edir. Səudiyyə Ərəbistanı təmsilçisi H qrupunun ilk turunda Madrid klubu ilə qarşılaşıb. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. “Əl-Hilal” iyunun 23-də “Red Bull”, iyunun 27-də isə “Paçuka” ilə qarşılaşacaq. Komanda ilk turdan sonra ikinci pillədə qərarlaşıb.