MY isveçli hücumçunu istəyir

  • Dünən, 16:49

"Mançester Yunayted” son 48 saat ərzində cinah oyunçusu Antonini “Sportinq”in isveçli hücumçusu Viktor Qyokereşlə dəyişmək imkanlarını araşdırıb.

Sportlife.az xəbər verir ki, Portuqaliya klubu Qyokereşin gedişini kompensasiya etmək üçün hücumameyilli oyunçular axtarır. “Qırmızı şeytanlar”ın 41 milyon avro əlavə ödənişlə öz oyunçusu Antonini “Sportinq”ə verməyə hazır olduğu iddia edilir. Lakin hələlik bu məsələ ilə bağlı klublar arasında rəsmi danışıqlar aparılmadığı bildirilib.

Qyokereş 2024/25 mövsümündə bütün yarışlarda 52 matçda 54 qol vurub və 13 məhsuldar ötürmə edib.


Paylaş: