
Azərbaycan yığması Avstriyaya məğlub oldu
Azərbaycanın kişi voleybolçulardan ibarət yığması Gümüş Avropa Liqasının ilkin mərhələsində son matçını keçirib.
Sportlife.az xəbər verir ki, Fərid Cəlalovun baş məşqçisi olduğu kollektiv Avstriya millisi ilə üz-üzə gəlib.
Qarşılaşma rəqib yığmanın qələbəsi ilə yekunlaşıb – 3:0 (25:18, 25:18, 25:14).
Azərbaycan millisi daha əvvəl keçirdiyi matçlarda İsveçə (0:3), Lüksemburqa (0:3) və Macarıstana (1:3) məğlub olub, Gürcüstan (3:0) və Farer adaları (3:1) komandalarını üstələyib.