Messi ilə yeni müqavilə imzalanacaq?

  • Dünən, 13:00

"İnter Mayami”nin hücumçusu Lionel Messi ABŞ klubu ilə yeni müqavilə bağlayacaq.

Sportlife.az xəbər verir ki, argentinalı futbolçu klubla müqaviləsinin uzadılmasının son mərhələsindədir. Yeni müqavilənin 2026-cı ilin dekabrına kimi olacağı iddia edilir.

Messi 2023-cü ildə iki il yarımlıq müqavilə bağlayaraq “İnter Mayami”nin heyətinə qoşulub. 37 yaşlı forvard son mövsümda bütün turnirlərdə 22 oyun keçirib, 16 qol vurub və 6 məhsuldar ötürmə edib.


Paylaş: