
“Çelsi”nin forvardı klubda qalacaq
“Çelsi”nin hücumçusu Nikolas Cekson klubda qalacaq.
Sportlife.az xəbər verir ki, İngiltərə klubu seneqallı futbolçunun potensialına hələ də inanır və son aylarda çox təsiredici formada olmamasına baxmayaraq, onu buraxmaq fikrində deyil.
Cekson 2023-cü ildən “Çelsi”də çıxış edir. 24 yaşlı forvard son mövsümdə bütün yarışlarda 36 matçda iştirak edib, 13 qol vurub və 6 məhsuldar ötürmə verib.