Türkiyə klubunu İtaliya klubuna dəyişir

  • Dünən, 18:39

Çiro İmmobile "Beşiktaş"ı tərk etməyə hazırlaşır.

Sportlife.az xəbər verir ki, italiyalı forvard “Bolonya” ilə danışıq aparır.

İtaliya klubu 35 yaşlı forvarda 2 illik müqavilə təklif edib. O, “Bolonya”da ildə iki milyon avro qazana bilər.

İmmobilenin "Beşiktaş"la müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.


Paylaş: