"Yenidən çempionlar yetişdirəcəyimizə əminəm"

"Yenidən çempionlar yetişdirəcəyimizə əminəm"

  • 2 Yanvar 2024, 18:09

Ötən ili uğurla başa vuran karate klublarından biri də “Arpachay” oldu.

Sportlife.az saytına danışan klubun prezidenti Yavər Hüseynov ötənilki nəticələri bu il daha da yaxşılaşdıracaqlarını bildirib:

“Arpaçay” Karate Klubu 2015-ci ildə yaranıb. Müxtəlif illərdə böyük nailiyyətlərimiz olub. Eləcə də 2023-cü ildə… Ötən il ilk olaraq 20 yanvar şəhidlərinin xatirəsinə həsr edilmiş “Arpaçay Open” turnirini keçirdik. Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr edilmiş seminarlar, yarışlar, eləcə də respublika çempionatları təşkil etmişik. Milli komandanın heyətinə çağırılan 17 idmançımız oldu.

Bu il ilk olaraq yenə də “Arpachay Open” yarışını keçirəcəyik. Daha sonra Gürcüstanda yeniyetmə və gənclərin Avropa çempionatı, BƏƏ-də Karate-1 Premyer Liqa yarışı, Xorvatiyada böyüklərin Avropa çempionatı olacaq.

Bütün komandamıza inanıram. Bizi çempionluqlar gözləyir. Baş məşqçimiz Vüqar Kərimovla birlikdə yenidən çempionlar yetişdirəcəyimizə əminəm”.


Paylaş: