Artıq “Neftçi”də Kamran Quliyevin sözü keçmir?

Artıq “Neftçi”də Kamran Quliyevin sözü keçmir? 

  • 12 İyun 2022, 19:50

“Neftçi”nin hazırda öz liqasında finala çıxan, 25 oyundur məğlubiyyət görməyən U-10 komandasının baş məşqçisi Azər Cabbarovla ikinci iş yeri olması səbəbi ilə yollarını ayırması barədə xəbərlər yayılıb.

Azərbaycanda ən yaxşı uşaq futbolu mütəxəssislərindən biri sayılan Azər Cabbarov məlumatı Sportlife.az-a açıqlamasında təsdiq edib. O, bildirib ki, klubun prezidenti Kamran Quliyev onu işə götürəndə ikinci iş yerinin olmasından xəbərdar imiş və bunun onların işlərinə heç bir problem yaratmayacağını, vaxtlı-vaxtında məşqlərdə, oyunlarda iştirak etməsinin kifayət edəcəyini deyib.

Bəs indi nə baş verib? Əgər Kamran Quliyev məşqçini işə qəbul edərkən belə bir şərt irəli sürməyibsə, indi bu şərti kim qoyub? Quliyev dediyi sözü geri götürüb, yoxsa klubdakı səlahiyyətlərini itirib?

Mirələm Həsənli


Paylaş: