
Rebrov millimizlə oyundan sonra qovula bilər
Sergey Rebrov Ukrayna milli komandasının baş məşqçi postundan istefaya göndərilə bilər.
Sportlife.az yerli mətbuata istinadən xəbər verir ki, bu, Fransa və Azərbaycan yığmaları ilə 2026-cı il dünya çempionatının seçmə qrup oyunlarında uğursuzluq təqdirində gerçəkləşəcək.
51 yaşlı mütəxəssisin kreslosu hələ ötən il laxlamağa başlayıb. Bununla belə, həmin vaxt Rebrova yenə şans verilib və qarşısına DÇ-2026-ya vəsiqə qazanmaq vəzifəsi qoyulub.
Qeyd edək ki, Ukrayna millisi Fransa ilə bu gün Polşanın Vrotslav şəhərində, Azərbaycanla isə sentyabrın 9-da Bakıda üz-üzə gələcək.