Türkiyə klubu Renat Dadaşova görə cəzalandı

  • 24 İyul 2025, 11:49

Türkiyənin “Hatayspor” klubunun transfer qadağası cəzası almasının səbəbi müəyyənləşib.

Sportlife.az xəbər verir ki, I Liqa təmsilçisi Azərbaycan millisinin hücumçusu Renat Dadaşova borcunu ödəmədiyi üçün bu sanksiya ilə üzləşib.

Hataylılar 2023-24 mövsümündə icarə əsasında heyətində yer alan Dadaşova qarşı maliyyə öhdəliklərini yerinə yetirmədiyi üçün FIFA tərəfindən 2 transfer pəncərəsi üçün cəza almışdı. Klub futbolçuya olan borcunu ödəmədiyi üçün bu cəzaya daha bir transfer dövrü əlavə edilib. Bu isə o deməkdir ki, “Hatayspor” ən yaxşı halda 2027-ci ilin yanvarında heyətinə yeni oyunçu cəlb edə biləcək.

Qeyd edək ki, “Hatayspor” Renat Dadaşovu 2023-cü ilin yayında İsveçrə klubu “Qrasshoppers”dən icarəyə götürmüşdü. Forvard hazırda Polşa təmsilçisi “Motor”un formasını geyinir.


Paylaş: