Ukrayna millisi Bakıya itkilərlə gələcək

  • 5 Sentyabr 2025, 13:13

Ukrayna milli komandası Fransa və Azərbaycan yığmalarına qarşı keçirəcəyi 2026-cı il dünya çempionatının seçmə qrup oyunlarından öncə 4-cü futbolçu itkisi ilə üzləşib.

Sportlife.az xəbər verir ki, bu barədə "sarı-göylər"in baş məşqçisi Sergey Rebrov mətbuat konfransında açıqlama verib.

O bildirib ki, Yunanıstan "Olimpiakos"unda çıxış edən hücumçu Roman Yaremçuk klubunun oyunları zamanı zədələnib.

Yaremçukdan əvvəl Aleksandr Tımçik, Vitali Mikolenko və qapıçı Andrey Lunin də klublarında zədələnərək sıradan çıxıb.

Rebrov onların əvəzinə Kiyev "Dinamo"sundan Nazar Voloşin və Vladislav Dubinçak, "Polesye"nin müdafiəçisi Boqdan Mixayliçenko və Səudiyyə Ərəbistanının "Əl Şabab" komandasının qolkiperi Georgi Buşanı dəvət edib.

Xatırladaq ki, Ukrayna millisi sentyabrın 5-də Polşada Fransanı qəbul edəcək. Sergey Rebrovun baş məşqçi olduğu kollektiv sentyabrın 9-da Azərbaycan millisinin qonağı olacaq.


Paylaş: