Yığmamız Portuqaliyaya qarşı

  • 5 Sentyabr 2025, 10:37

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində bu gün ilk matçına çıxacaq.

Sportlife.az xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu komanda yer aldığı B qrupunda Portuqaliya ilə üz-üzə gələcək. 

Görüş Barseluş şəhərindəki "Estadio Cidade" stadionunda Bakı vaxtı ilə saat 22:30-da start götürəcək. 

Qarşılaşmanı kiprli referi Konstantinos Fellas idarə edəcək. 

Qeyd edək ki, U-21 növbəti matçını sentyabrın 9-da Bakıda Bolqarıstan yığmasına qarşı keçirəcək. Bu görüş saat 18:00-da start götürəcək.


Paylaş: