
"Araz-Naxçıvan"ın qapıçısı: "Orada baş verən hadisələri hər kəs gördü" - MÜSAHİBƏ
“Araz-Naxçıvan”ın qapıçısı Kristian Avramın Sportlife.az-a müsahibəsini təqdim edirik.
Premyer Liqanın 28-ci turu çərçivəsində səfərdə "Sumqayıt"ın qonağı oldunuz. Oyunla bağlı düşüncələrinizi öyrənmək istərdim...
- Maraqlı qarşılaşma oldu. Hər iki komanda yaxşı oyun sərgilədi. Gərgin bir matça şahidlik etdik.
Xal almağınıza mane olan səbəblər nə idi?
- Səbəb sadədir. Çünki qol vura bilmədik, hədəfimizə çatmadıq. Belə olan halda rəqib 3 xal qazandı.
Oyunun gedişində rəqib futbolçu ilə penalti epizodun oldu. Hakim tərəddüd etmədən on bir metrlik cərimə zərbəsi təyin etdi. Qərarla razısan?
- Bu qərarı müzakirə etməyə dəyməz. Orada baş verən hadisələri hər kəs gördü.
Ümumiyyətlə ölkəmizdə olan hakim idarəçiliyi haqqında nə deyə bilərsən?
- Bu barədə danışmağım etik olmaz. Futbol hakimlərinin işini müzakirə edə bilmərəm. Bu, mənim işim deyil.
Daha əvvəllər Moldova çempionatında bir sıra klublarda çıxış etmisən. Azərbaycan Premyer Liqası ilə aradakı fərqlər hansılardır?
- Müəyyən fərqlər var. Siz bu fərqləri oyunun intensivliyində görə bilərsiniz. Azərbaycan çempionatında hansı klub qalib olacaq, bunu əvvəlcədən bilmək olmaz.
Yeni mövsümdən etibarən "Araz Naxçıvan"da qalmaq istəyərsən?
- Bəli, burda hər şey məni qane edir. Gələcəkdə də bu komandanın şərəfini qorumaq istəyirəm. Klub rəhbərinə də mənə göstərdikləri etimada görə öz təşəkkürümü bildirirəm.
Hidayət Qurbanov