"İnanıram ki, “Sabah”ı məğlub edəcəyik" - MÜSAHİBƏ

  • 16 Aprel 2024, 17:41

“Kəpəz”in futbolçusu Elmir Tağıyevin Sportlife.az-a müsahibəsini təqdim edirik.

“Səbail”lə oyunu necə dəyərləndirirsən?

- “Səbail”lə oyuna çox yaxşı hazırlaşmışdıq. Oyuna qələbə üçün çıxmışdıq. Matça yaxşı başladıq. Amma ikinci hissədə komandada arxayınlıq yarandı. Yenə də axıra qədər mübarizə aparıb, 1 xalı qazandıq.

Öndə olsanız da, sonradan üstünlüyü əldən verdiniz. Bunun səbəbi nədir? Fiziki gücünüz çatmadı?

- Bəli. 2:0 hesabı ilə öndəydik. Bir az arxayınlaşma oldu. Ona görə qapımızda qollar gördük.

- Əvvəl son pillədə uzaqlaşmaq üçün mübarizə aparırdınız. Amma indi hətta 8-ci pilləyə yüksəmək imkanınız var. Bu barədə nə düşünürsən?

Biz məşqçimiz dediyi kimi hər zaman öndə olan komandaya baxırıq. Daha da çalışıb, yüksək pilləyə qalxmaq istəyirik.

Növbəti oyunda rəqib “Sabah”dır. Bu oyundan gözləntilərin nədir?

“Sabah”la oyuna ancaq qələbə üçün çıxacağıq. Bunun üçün həftə ərzində yaxşı hazırlaşmalıyıq. Mən inanıram ki, “Sabah”ı məğlub edəcəyik.

Çempionatın bu mövümündə “qol orucunu” pozdun. Səncə bunun ardı gələcək?

Qol vurub, komandaya kömək etməyim məni çox sevindirir. İnşallah, ardı gələr!

Qulammirzə Səfərli


Paylaş: