Üstümə qışqırdılar, bu cür adamların əlini sıxmağı istəmirəm

Üstümə qışqırdılar, bu cür adamların əlini sıxmağı istəmirəm

  • 6 Noyabr 2017, 11:29

Sportlife.az xəbər verir ki, “Neftçi”nin müdafiəçisi Kirill Petrov “Zirə” ilə oyundan sonra (0:1) jurnalistlərin suallarını cavablandırıb.

- Gərgin oyun oldu...

- Biz oyunun sonuna kimi hücum etməyə çalışdıq. Ancaq “Zirə” antifutbol oynadı. Ancaq bircə səhv bizə baha başa gəldi və qol buraxdıq.

 

- Bu qolda özünü nə dərəcədə günahkar hesab edirsən?

- Topun uçuşunu düzgün hesablamadım və tez tullandım. Məndən əvvəl meydanın mərkəzində də səhv olmuşdu. Ancaq günah daha çox məndədi.

 

- İkinci hissədə sizinlə digər oyunçular arasında sanki bir gərginlik var idi, nə baş vermişdi?

- Sadəcə emosiyaların nəticəsidir. Oyundan sonra belə şeylər heç yada düşmür. Biz meydanda və ondan kənarda bir ailə kimiyik. İş prosesində belə hallar olur.

 

- Ardıcıl 4 qələbədən sonra liderlərlə 3 oyununuz var. Artıq birini uduzdunuz. Bundan sonra nə olacaq?

- Biz bu gün nəticədə məğlub olsaq da, oyun baxımından rəqibdən geri deyildik. Gələcək oyunlarda da çalışacağıq ki, yaxşı çıxış edək və lazımi nəticəni qazanaq.

 

- Son dəqiqələrdə Milan Duriçlə aranızda nə baş verdi?

- Mən təmiz topa oynadım. Ancaq “Zirə”nin balkanlı oyunçuları üstümə qışqırdılar. Mən də ona dedim ki, niyə qışqırırsan?

 

- Oyundan sonra o sizinlə əl tutmaq istəsə də, bundan imtina etdiniz...

- Biz hamımız eyni işi görürükş. Ancaq bəzi futbolçular provakasiya ilə məşğuldular. Bu cür adamların əlini sıxmağı istəmirəm.


Paylaş: